• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Jurnalistlər hüquq sahəsində o qədər peşəkar olmalıdır ki… - Natiq Məmmədli

MEDİA

22 Aprel 2025 | 15:01 | Müəllif: Qalib İbrahimoğlu

Jurnalistlər hüquq sahəsində o qədər peşəkar olmalıdır ki… - Natiq Məmmədli

"Hüquq müstəvisi jurnalistikada xüsusi rol oynayır. Hər bir media nümayəndəsi ixtisaslaşdığı sahə üzrə olan hüquqi problemləri, anlayışları bilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələri üçün təşkil edilmiş məlumat sessiyasında bildirib.

Direktor müavini diqqətə çatdırıb ki, bu istiqamətdə maarifləndirmə işləri getməlidir.

Onun sözlərinə görə, jurnalistlər hüquq sahəsində o qədər peşəkar olmalıdır ki, cəmiyyətə insan hüquqlarının pozulması faktlarını göstərə bilsin. N.Məmmədli qeyd edib ki, bu baxımdan media adamlarının üstünə böyük yük düşür.

“Biz MEDİA olaraq hüquqi maarifləndirmə sahəsində tədbirlərimizin sayını artıracağıq. Bütün qələm adamlarını hüquqi biliklərini artırmaq sahəsində çalışmağa çağırıram",- Natiq Məmmədli əlavə edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026