“Bu gün jurnalistlərimizin üstünə hüquqların qorunması mövzusunda çox böyük öhdəliklər düşür”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev media nümayəndələri üçün təşkil edilmiş məlumat sessiyasında bildirib.
Onun sözlərinə görə, media orqanları beynəlxalq hüquq müstəvisində də çox böyük üstünlüklərə malikdir. Media nümayəndəsinin ötürdüyü informasiya ilə bağlı dözümlülük tələb edilir.
"Mətbuat dördüncü hakimiyyətdir. Media orqanlarının vəzifələrindən biri həm də insan hüquqlarının qorunmasıdır. Jurnalistlər elə informasiyalar ötürməlidir ki, toplanılan məlumat insanların hüquq və azadlıqlarını məhdudlaşdırılmasın. Bu, çox önəmli və əhəmiyyətli məsələdir",- Vəfaddin İbayev əlavə edib.
Əli Hüseynov