• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kabab hazırlayarkən bunlara diqqət edin!- Mütəxəssislərdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

28 Iyul 2023 | 14:39

Kabab hazırlayarkən bunlara diqqət edin!- Mütəxəssislərdən XƏBƏRDARLIQ

Sevimli və dadlı təamlarımızdan biri də kababdır. Digər yeməklərdən fərqli olaraq, kababı hər insan hazırlaya bilmir. Bunun üçün xüsusi bacarıq lazımdır.

Süfrəyə qoyulanda anında yeyilib bitməsinə baxmayaraq, onu hazrılayıb ərsəyə gətirmək mürəkkəb prosesdir. Bəs, manqalda istehsal edilən bu qidanın sağlamlığımıza nə kimi təsiri var? Daha sağlıqlı və daha dadlı kababın ərsəyə gəlməsi üçün nələrə diqqət etməliyik?

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bu barədə xeyli araşdırmalar aparıblar. Və belə nəticəyə gəliblər ki, kabab bişirməyin ilk və ən vacib mərhələsi doğru yerdən düzgün əti əldə etməkdir: “Ətin təzə olması üçün yaxşı yerlərdən alınmalıdır. Ətin saxlanma şəraitinə və  saxlama müddətinin keçməməsinə xüsusi diqqət yetirilməlidir".

Ekspertlər ət seçərkən toyuq ətinə üstünlük verilməli olduğunu bildiriblər: “Çünki toyuq ətində kanserogen əmələ gəlmə riski qırmızı ətdən daha azdır. Müxtəlif xərçəng növlərinə səbəb olan kolbasa və sosiskalar manqalda bişirildikdə bu təsir daha da artır. Buna görə də manqalda ət məhsullarına üstünlük verməyin".

Kabab çəkməzdən əvvəl manqal və digər qabları təmizləyin. Beləliklə, köhnə qalıqlar və yağlar manqalınıza düşmür. Təmizlik yəni, gigiyena qaydalarına əməl etmək kabab hazırlamağın vacib hissəsidir. Əgər ət atəşə 15 sm-dən çox yaxınlaşarsa, kanserogen əmələ gəlmə riski artır. Tüstü və alovla təması minimuma endirmək üçün birbaşa odda bişirmək əvəzinə kömürdən ən azı 15 sm yuxarıda olan manqaldan istifadə edin. Manqalda yalnız ət deyil, həm də tərəvəz və ya dəniz məhsulları bişirmək olar. Manqalın üzərinə badımcan, bibər, pomidor kimi tərəvəzlər qoyduqdan sonra balıq, toyuq, qırmızı ət və nəhayət istehlak etmək istəyirsinizsə kolbasa qoyun.

Zərərli kimyəvi maddələrdən biri olan polisiklik karbohidrogenlər istiliyin təsiri ilə ətdən ayrılan yağın odun üzərinə damcılanması və buxarlanaraq yenidən ətə çatması nəticəsində əmələ gəlir. Bu problemi aradan qaldırmaq üçün yağsız ətləri seçin.

Ətin dəfnə, nanə və kəklikotu kimi ədviyyatlarla marinasiyası antioksidan təsirini artıracaq. Ədviyyatlarla marinasiya etmək, əlavə yağ əlavə etməmək, tüstünün kanserogen təsirini azaldır və daha sağlam qidanın bişməsini təmin edir,

Əti çox yandırmadan diqqətlə bişirin. Çünki yanmış və ya çox qızardılmış ətlərdə kanserogen maddələr əmələ gələ bilər.

Kababın yanında bol miqdarda yaşıl bibər və C vitamini ilə zəngin cəfəri olan salatı istehlak edin. Bu zaman C vitamininin antioksidan təsiri sayəsində ətin manqalda bişirilməsi zamanı meydana gələ biləcək kanserogen maddələrin zərərli təsirlərini minimuma endirməkdə faydalı ola bilər.

Qeyd edək ki, manqalın açıq havada tüstü və zərərli maddələrin daha yaxşı dağılacağı bir yerdə hazırlanmasına diqqət yetirin. Qapalı yerlərdə manqal yandırmaq tüstünün qapalı məkanda toplanmasına və yayılmasına səbəb ola bilər.

Xəyalə Rza


Kabab hazırlayarkən bunlara diqqət edin!- Mütəxəssislərdən XƏBƏRDARLIQ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026