• Bakı 27° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

“O kabinetlərdə nələr görmüşəm…” - Qumral Musayeva

MƏDƏNİYYƏT-ŞOU

03 Iyul 2024 | 13:39

“O kabinetlərdə nələr görmüşəm…” - Qumral Musayeva

“Mən otel deyəndə sizin ağlınıza əgər başqa bir şey gəlirsə, günah mənim yox, sizindir. Beyniniz o qədər inkişaf edib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Qumral Musayeva azxeber.com-un “Gəl danış” layihəsinə müsahibəsi zamanı deyib.

O, yanlış anlaşılan “bütün müğənnilər kabinetlərdə oxuyurlar” fikirinə də aydınlıq gətirib:

“Bunun günahı nə məndədir, nə də bu fikirlərimi qınayan insanlarda. Günah bu ifadələri bu günə qədər pis təqdim edənlərdədir. Kabinet mənim ailəm və yoldaşımla oturduğum yerdir. İndi də gedirəm, gedəcəm də. Kim mənə pis baxır, baxsın. Kabinet əxlaqsızlıq yuvası deyil ki, mən ora getməyim. O gedənlər ki var, kabinetlərdə nə işlərlə məşqul olur, bir Allahları bilir bir də özləri, bax, ancaq onlar məni pis başa düşə bilərş”.

Qumral həmkarlarını hədəfə alaraq od püskürüb:

“Ərim də var, oğlum da var, gedirəm, gedəcəyəm də. Mənim sözümü tutub hallandırmaq lazım deyil. Mən otel deyəndə sizin ağlınıza əgər başqa bir şey gəlirsə, günah mənim yox, sizindir. Beyniniz o qədər inkişaf edib. Mən oteli ailəmlə gedib istirahət etdiyim yer kimi bilirəm. Bu gün xalq artistlərimiz belə gedib kabinetlərdə otururlar. Onun adını nə vaxtsa dəyişib başqa şey qoysalar, onu deyərəm. O kabinetlərdə mən nələr görmüşəm, o məndədir. Qorxsun o kəslər ki, həmin kabinetlərdə başqa işlərlə məşquldurlar”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR