Rusiya sülh danışıqlarına ciddi yanaşmır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Tiranada jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Düşünürəm ki, hər kəs liderlərin görüşünə hazır idi. Həm prezident Zelenski həm də prezident Tramp orada liderlər səviyyəsində görüş ola biləcəyini deyirdi. Amma güman edildiyi kimi, Putin həqiqətən də gəlməyə cəsarət etmir. Ona görə də düşünürəm ki, bu, onların real sülh danışıqlarına ciddi yanaşmadığını göstərir. Bu hamı üçün aydındır”.