• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Kamala Harris: "Qəzzada baş verən faciəyə səssiz qalmayacağam"

DÜNYA

26 Iyul 2024 | 15:34

Kamala Harris: Qəzzada baş verən faciəyə səssiz qalmayacağam

"Qəzzadakı faciəni görməməzlikdən gələ bilmərik".

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris deyib.

Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransında çıxış edən Harris bildirib ki, İsrail İran və İranın dəstəklədiyi Hizbullah və Həmas da daxil, olmaqla təhlükəsizlik təhdidlərinə qarşı özünü müdafiə etmək hüququna malikdir.

"İsrailin özünü müdafiə etmək hüququ var, amma bunu necə etdiyi vacibdir. Son doqquz ayda Qəzzada 2 milyondan çox insan qida əldə etməkdə ciddi çətinliklər yaşayır. Həmçinin  yarım milyon insan aclıqla üzləşib.Müharibəni bitirmək üçün atəşkəs əldə edə bilərik", - deyə Harris vurğulayıb.

Gülşən Şərif 


SON XƏBƏRLƏR

07 Sentyabr 2024