Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Pnompendəki xarici diplomatik missiyaların rəhbərlərinin iştirakı ilə Tailandla sərhəddəki gərginlik mövzusunda təcili iclas çağırıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti məlumat yayıb.
Görüş Kamboca və Tailand arasında davam edən münaqişənin əsas səbəblərinin aradan qaldırılması yollarını müzakirə etmək və diplomatik həllər tapmağa yönəlib. İştirakçılar hazırkı sərhəd mübahisəsinin tarixi kontekstini müzakirə edəcək, gərginliyi artıran son hadisələri qiymətləndirəcək və münaqişənin daha da kəskinləşməsinin qarşısını almaq üçün dialoqun vacibliyini vurğulayacaqlar.
Hazırda Tailandda 14 mülki şəxsin və 1 hərbçinin həlak olduğu məlumdur. Kambocada isə 1 hərbçi həlak olub, bir neçəsi yaralanıb.