• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Kamran Əliyev Xankəndidə əməliyyat müşavirəsi keçirib - YENİLƏNİB

SİYASƏT, CƏMİYYƏT

14 Aprel 2025 | 12:20

Kamran Əliyev Xankəndidə əməliyyat müşavirəsi keçirib - YENİLƏNİB

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər,  Ağdam, Cəbrayıl, Füzuli,  Xocalı, Xocavənd, Kəlbəcər,  Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub.

Baş prokuror çıxışında həmçinin azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Kamran Əliyev vurğulayıb ki, azad edilmiş ərazilərdə hüquq-mühafizə sisteminin fəaliyyəti dövlətin suverenliyinin və hüquqi təsisatlarının real təcəssümüdür.

Müşavirə çərçivəsində xüsusi vurğulanan məsələlərdən biri də yerli əhali ilə qarşılıqlı etimada əsaslanan hüquq münasibətlərinin qurulması və cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi olub.

***

11:13

Xankəndidə işğaldan azad edilən rayonların mülki və hərbi prokurorların iştirakı ilə əməliyyat müşavirəsi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndi Şəhər Prokurorluğunun inzibati binasında Baş prokuror Kamran Əliyevin iştirakı ilə keçiriləcək toplantıda azad olunan rayonlardan 11 mülki və 5 hərbi prokuror iştirak edəcək.

Əməliyyat müşavirəsində işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili müzakirə ediləcək.


SON XƏBƏRLƏR