• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kapital Bank “Dünya İnsan Resursları Sammiti 2024”də 2 mükafata layiq görüldü

CƏMİYYƏT

05 Mart 2024 | 13:29

Kapital Bank “Dünya İnsan Resursları Sammiti 2024”də 2 mükafata layiq görüldü

Ölkənin birinci bankı Kapital Bank Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə
baş tutan “Dünya İnsan Resursları Sammiti-2024” tədbirində 2 mükafat qazanıb.


50 ölkədən 500-dən çox iştirakçının və İnsan resursları sahəsində tanınmış
liderlərin qoşulduğu tədbirdə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı
direktor Fərid Hüseynova “İlin ən yaxşı insan yönümlü Baş direktoru” mükafatı
təqdim edilib. Bank eyni zamanda “Ən yaxşı daxili kommunikasiya strategiyası”
nominasiyasında da təltif edilib.

“Dünya İnsan Resursları Sammiti” İnsan resursları sahəsində yeniliklərin təqdim
edildiyi, qabaqcıl innovasiyaların və texnologiyaların tətbiqi mövzusunda təcrübə
mübadiləsinin aparıldığı, həmçinin bu sahənin peşəkarlarının bir araya gəldiyi
görkəmli tədbirlərdən biridir.

Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən
biri olan Kapital Bank nüfuzlu “Great Place To Work” – “Mükəmməl iş yeri”
mükafatını Azərbaycanda alan ilk və tək bankdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün— https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün —
https://kbl.az/prcrc .


Kapital Bank “Dünya İnsan Resursları Sammiti 2024”də 2 mükafata layiq görüldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026