Aprelin 10-da, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Kapital Bank"ın daxil olduğu "PAŞA Holdinq" MMC-nin təşkilati strukturun təkmilləşdirilməsi və idarəetmə standartlarının yüksəldilməsi məqsədilə Bankın səhmlərinin holdinqin törəməsi olan "Bir Ekosistem" MMC-yə ötürülməsi daxildir.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq"dir.
Bakı 




