• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Kaş anam 2-3 il də yaşayardı" - Qurban Qurbanov

CƏMİYYƏT

13 Aprel 2023 | 10:49

“Kaş anam 2-3 il də yaşayardı" - Qurban Qurbanov

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə videosüjet hazırlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, videoda təcrübəli mütəxəssisin Zaqatalanın Aşağı Tala kəndindəki qonşuları, qardaşı Mahir Qurbanov fikirlərini bölüşüblər. Onlar Q. Qurbanovun uşaqlıqdan futbola olan həvəsindən söz açıblar.

Həmçinin məşqçi fikirlərini bildirib. O, anasından danışıb: “Həyatımızda elə insanlar olur ki deyirik, nə olardı ki 2-3 il də yaşayardı və başqa cür olardım. Nə eləsək də, anamızın haqqını verə bilmərik. Onun məndən tələb etdiklərini, övladları üçün etdiklərini düşünəndə fikirləşirəm ki, biz necə elə valideyn ola bilərik? Saatlarla, günlərlə danışaram, amma onun haqqını tam verə bilmərəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026