"Gürcüstan heç bir ölkəyə qarşı düşmənçilik etmir və yalnız öz maraqlarını qorumağa çalışır".
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu "Gürcü Arzusu" Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.
Kaladzenin sözlərinə görə, Gürcüstan hökuməti özünü Böyük Britaniyanın və Avropa İttifaqının tərəfindən yönələn ədalətsizlikdən müdafiə edir:
"Biz heç kimə düşmən deyilik. Necə düşünmək olar ki, Gürcüstan Böyük Britaniyaya, Avropaya və ya ABŞ-yə qarşı mübarizə aparsın? Bu, absurddur, mümkün deyil. Biz sadəcə özümüzü ədalətsizlikdən müdafiə edirik. Son illərdə Gürcüstanda baş verən inqilab cəhdləri, dövlət çevrilişi planları, cəmiyyətin parçalanması və qarşıdurmalar xaricdən maliyyələşdirilirdi. Hər kəsin öz maraqları vardı. İstəyirdilər ki, Gürcüstanda xalqın seçdiyi hökumət yıxılsın. Amma alınmadı. Gürcü xalqı hər şeyi görür və qiymətləndirir".
Gülşən Şərif