• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini artırıb

CƏMİYYƏT

08 Avqust 2024 | 10:28

“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini artırıb

“Kazmortransflot” şirkəti (“KazMunayQaz”ın törəmə şirkəti) bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 25,5 min ədəd iyirmi fut tutumlu konteynerin (TEU) daşınmasını həyata keçirib.

Bakıvaxtı.az KMG-nin məlumatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 2,4 dəfə artıb.

“2019-cu ilin aprel ayında Aktau-Bakı xətti işə salındıqdan sonra “Kazmortransflot” tərəfindən konteyner daşımalarının ümumi həcmi bu ilin avqust ayının əvvəlində 100 min TEU-ya çatıb”, - məlumatda deyilir.

Bu ilin 7 ayı ərzində “Kazmortransflot” şirkəti tərəfindən Xəzər dənizi ilə 1 milyon 292 min ton neft daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.

Hesabat dövründə Aktau-Bakı marşrutu ilə neft nəqli 75 % artaraq 246 min tondan 431 min tona çatıb”, - məlumatda bildirilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024