• Bakı 21° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlandı

CƏMİYYƏT

22 Sentyabr 2022 | 00:21 | Müəllif: Subhan Mahmudov

Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlandı

Keçmiş məhkumdan külli miqdarda heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qızılavar kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Qasım Şərifov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026