q
  • Bakı 13° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Kəlbəcərə və Laçına sulu qar yağdı - FAKTİKİ HAVA

CƏMİYYƏT

24 Aprel 2026 | 10:37

Kəlbəcərə və Laçına sulu qar yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.

    Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

    Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25, Ağstafada 21, Tovuz və Xınalıqda 20, Goranboyda 19, Zəngilan, Naftalan və Daşkəsəndə 18 m/s, Lerik və Gədəbəydə 16 m/s-dək çatır.


    SON XƏBƏRLƏR

    23 Aprel 2026