• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb

CƏMİYYƏT

20 Dekabr 2023 | 16:29

“Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bakıda təşkil etdiyi “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı) ünvanlarında dekabrın 30-na qədər davam edəcək.

Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

“Kənddən Şəhərə” Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilər.

Yarmarkalarda iştirak ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edilər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum loqistika dəstəyi göstərir.


“Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb“Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb“Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb“Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026