• Bakı 24° C

    9.38 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Kəngərli rayonunda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

HADİSƏ

27 Avqust 2025 | 22:42

Kəngərli rayonunda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

 
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Kəngərli rayonu Xok kəndində fəaliyyət göstərən Abtalıbov Sabir Zakir oğluna məxsus çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkar edilib. 

Bakıvaxtı.az Bakues.az xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və təmirə ehtiyacının olduğu aşkarlanıb. 

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR

27 Avqust 2025