q
  • Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Kibercinayətkarlıqda ittiham olunan şəxsə hökm oxundu

CƏMİYYƏT

22 Aprel 2026 | 16:33

Kibercinayətkarlıqda ittiham olunan şəxsə hökm oxundu

Azərbaycanda kibercinayətkarlıqda ittiham olunaraq həbs edilən Vaysero Aleksandr Vladimiroviçın məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. O, Aleksandr Vayseronun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, A.Vaysero 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aleksandr Vaysero Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib.

İttihama görə, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birgə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırıb.

O, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc, qumar saytlarından daxil olmuş pul vasatlarinin həqiqi mənbəyini gizlədərək, həmin pul vəsaitlərini müxtəlif şəxslərin adına olan bank kartlarına hissə-hissə olmaqla köçürməklə ümumilikdə 727 min manatdan çox pulu leqallaşdırıb.

A.Vayseroya Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib./APA 


SON XƏBƏRLƏR