“Dünyada baş verən kiberinsidentlərin 5%-i media istiqamətində olan təhdidlərdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İRİA-nın Bakcell ilə birgə jurnalistlər üçün rəqəmsal savadlılıq təlimində İRİA-nın İT və informasiya təhlükəsizliyinin idarəolunması şöbəsinin müdiri İlkin Əzizov deyib.
Onun sözlərinə görə, bu təhdidlərə data, DOSS kimi hücumlar daxildir.
“Ölkə olaraq kibertəhlükəsizlik istiqamətində bir sıra işlər görülür. Bunlara Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün strategiya və Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiya aiddir”.
Mina Mikayılova