• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki..." - Deputat

SİYASƏT

26 Aprel 2022 | 15:58 | Müəllif: Qalib İbrahimoğlu

"Kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki..." - Deputat

"Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa verir, sağlamlıq durumuna və ya digər hıqiqəti əks etdirməyən səbəblərə görə işini tərk edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat bunu praktikanı iki səbəbdən ziyanlı hesab edir: "Birincisi, vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlər. İkincisi, belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyi-halını korlamaq istəmirlər və sabah da o gedib başqa yerdə daha gözəl işə düzəlir və dağıdıcı fəaliyyətini davam etdirir. Hər iki halda ziyan görən cəmiyyət və bizim gələcəyimizdir".

Onnu sözlərinə görə. hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir: "Bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir. Bu praktikanın dayandırlmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR