• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu

HADİSƏ

21 May 2024 | 12:13

Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bakıvaxtı.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, mayın 19-da səhər saatlarında şəxsin (kişi) evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilən tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024