"Hər kəs məni subay xanım kimi tanıyır. Etiraf edirəm ki, mən evli olmuşam. Hətta bir övladım var. Ancaq indiki ağlım olsaydı, ailə həyatı qurmazdım".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri bloger Aydan Hüseynova (Aydaş) "Günə son" verilişində deyib.
O, erkən yaşda ailə qurduğunu etiraf edərək, kişiləri artıq yük sayıb.
"Mən evlənəndə 18 yaşım var idi. Özümü qavramırdım, öz söz haqqım yox idi. Uşaq idim deyə, nə istədiyimi bilmirdim. Biz elə düşünürdük ki, gəlinlik geyindik, həyat bundan ibarətdir. Əsla elə deyil. Çünki, evlənəndə çox böyük məsuliyyət üzərinə almış olursan. Kişi boş şeydir. Qadın üçün ağır yükdür. Düşünürüəm ki, bu yaşa kimi qalsa idim, hələ də subay qalardım. Kişinin ətrafı, qohumları, artıq söz-söhbətlər hamısı yükdür. İnsan qabağa gedə bilmir",-deyə bloger qeyd edib.
Qeyd edək ki, Aydan Hüseynovanın İnstaqram hesabında yarım milyona yaxın izləyicisi var.
Xəyalə Rza
















