Şairə Nazilə Səfərli müğənni Vəfa Şərifovaya söz atıb.
Bakıvaxtı.az xəbər verir ki, Nazilə bu barədə “Instagram” hesabında paylaşım edib.
O, ad çəkmədən Vəfanın həyat yoldaşı Famil Xəlilovla ayrılıb, sonra isə barışıq jesti kimi gül göndərməsini tənqid edib: “Həyat yoldaşıma dedim ki, gəl, gündəm-gündəm oynayaq. Çıxım efirdə deyim ki, ayrılmışıq. Sən də hədiyyə göndər, barışaq. Qayıtdı ki, maaşa nə qədər var, ayın sonunda alacağam. Küsürsən, indidən küs. Hədiyyə maaşda gələcək. Məni də öyrədin, nə olar, siz necə edirsiniz ki, kişi sizin hər dediyinizi edir? Kişiləri barmağınızda necə oynadırsınız? Bunun məktəbi haradadır?”
Qeyd edək ki, Vəfa Şərifova bir neçə gün əvvəl həyat yoldaşı Famil Xəlilovdan ayrıldığını açıqlayıb. Ötən gün isə müğənninin qonaq olduğu “Tarixin bir günü” verilişində studiyaya böyük gül dəstəsi gəlib. Verilişin aparıcısı Tolik (Tarix Əliyev) gül çələnginin Famil Xəlilov tərəfindən göndərildiyini deyib.
Ziyafət Əlisoy