• Bakı 26° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

KİV: Ankara Ukraynaya sülhməramlıların göndərilməsinə hazırdır

DÜNYA

06 Mart 2025 | 15:11

KİV: Ankara Ukraynaya sülhməramlıların göndərilməsinə hazırdır

Türkiyə Ukraynaya sülhməramlı missiyanın göndərilməsinə öz töhfəsini müzakirə etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.

"Müxtəlif kütləvi informasiya vasitələrində müzakirə olunan və hələ konseptual çərçivəyə salınmamış missiyaya Ankaranın mümkün töhfəsi regional sabitlik və sülhün təmin edilməsi üçün zəruri hesab edildiyi halda bütün tərəflərlə müzakirə ediləcək", - o bildirib.

Mənbənin sözlərinə görə, nazirlik Türkiyənin digər qurumları ilə birlikdə Ukraynada münaqişəyə son qoyulmasına yönəlmiş diplomatik təşəbbüsləri izləyir.


SON XƏBƏRLƏR

26 Iyul 2025