• Bakı 16° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

KİV: Bir neçə ölkə Fələstini dövlət kimi tanımağı müzakirə edir

DÜNYA

09 May 2024 | 12:22

KİV: Bir neçə ölkə Fələstini dövlət kimi tanımağı müzakirə edir

İspaniya, İrlandiya, Malta və Sloveniya may ayının sonunda Fələstin dövlətinin tanınması məsələsini müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RTE News" kanalı İrlandiyadan olan mənbələrinə istinadən məlumat yayıb.

Telekanal öz mənbələrinə istinadən xəbər verir ki, İrlandiya, İspaniya, Malta və Sloveniya Fələstin dövlətini birgə tanıyacaqları tarix kimi mayın 21-ni nəzərdən keçirirlər.

Mənbələrdən biri bildirib ki, bu ölkələr arasında müvafiq məsələ ilə bağlı müzakirələr intensivləşib.

"RTE News"un məlumatına görə, ölkələr BMT Baş Assambleyasında səsvermənin nəticəsini gözləyirlər.

Qeyd edək ki, sabah, mayın 10-da BMT-də Fələstinin BMT-dəki statusu ilə bağlı səsvermənin keçirilməsi planlaşdırılır. Aprelin sonunda ABŞ Fələstin Administrasiyasının BMT-yə tam üzvlüklə bağlı müraciətinə veto qoyub.


SON XƏBƏRLƏR

19 May 2024