• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

DÜNYA

11 Noyabr 2025 | 17:09

Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması faktı ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, onun paylaşımında deyilir:

"Azərbaycan­dan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.

Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.

Əziz millətimizə keçmiş olsun".

***

16.43

Azərbaycandan ölkəmizə yola düşən C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

    "Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb", məlumatda deyilir.

    ***

    16.03

    Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan telekanalları məlumat yayıb.

      Hərbi təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.


      SON XƏBƏRLƏR