• Bakı 29° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Kiyevə raket zərbəsi: Ölənləri sayı 26-ya çatdı

DÜNYA

01 Avqust 2025 | 08:25

Kiyevə raket zərbəsi: Ölənləri sayı 26-ya çatdı

Rusiyanın Kiyevdə çoxmərtəbəli yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 26 nəfərə çatıb.

Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, gecə və səhər xilasedicilər Svyatoşinski rayonunda yaşayış binasının dağıntıları altından 10 nəfərin cəsədini, o cümlədən 2 yaşlı uşaqı çıxarıblar.

"16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb", - Fövqəladə Hallar Xidməti əlavə edib.

Fövqəladə Hallar Xidmətinin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib. Xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, dünən axşam saatlarında 16 nəfərin öldüyü, 159 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, bu gün Kiyevdə matəm günüdür.

Murad Məmmədli


SON XƏBƏRLƏR

01 Avqust 2025