• Bakı 26° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

“Kızılcık şerbeti”nin aktyoru həmkarının ölümündən danışdı

ŞOU

16 Iyun 2026 | 10:30

“Kızılcık şerbeti”nin aktyoru həmkarının ölümündən danışdı

Türkiyənin “Kızılcık şerbeti” serialında Abdullah obrazını canlandıran aktyor Ahmet Mümtaz Taylan həmkarı Ece İrtemin vəfatından danışıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, hadisədən 2 gün öncə görüşəcəkləri barədə razılığa gəldiklərini bildirib.

“Anladığımız qədərilə infarkt keçirib. Atası prokuror idi, ona görə də hər şey lazımi qaydada araşdırılacaq.

Lakin itirdiklərimiz geri qayıtmır. İki gün əvvəl mənə zəng etmişdi, bu həftəiçi üçün görüş təyin etmişdik. Dəhşətli hadisədir...”, - aktyor deyib.

Qeyd edək ki, “Kızılcık şerbeti”ndə Işıl obrazına həyat verən E.İrtem “Abdullah”ın sevgilisi rolunda yer alıb. O, ötən gün 35 yaşında evində ürəktutmadan dünyasını dəyişib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026