• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Klinikada tibb bacısının pulu və qol saatı oğurlandı

CƏMİYYƏT

16 Iyun 2023 | 12:54

Klinikada tibb bacısının pulu və qol saatı oğurlandı

Bakıda klinikada tibb bacısının pulu və qol saatı oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-də paytaxtın Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində orada işləyən tibb bacısının pulunun və qol saatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mustafa Səfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026