• Bakı 25° C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Klopp  "Atletiko"nun yeni baş məşqçisi ola bilər

İDMAN

19 Noyabr 2024 | 13:30

Klopp "Atletiko"nun yeni baş məşqçisi ola bilər

Almaniyalı mütəxəssis Yurgen Klopp İspaniyanın "Atletiko" komandasının baş məşqçisi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Madrid təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Dieqo Simeonenin mümkün gedişi təqdirində Kloppu prioritet namizəd kimi seçib.

Komanda 13 turdan sonra La Liqada 26 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Yurgen Klopp yayda İngiltərənin "Liverpul" klubundan ayrılıb. O, Mersisayd təmsilçisi ilə UEFA Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub. 2011-ci ildən "Atletiko"da işləyən Simeone isə iki dəfə Avropa Liqasını, eyni sayda İspaniya La Liqasını qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026