• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Knesseti özünü buraxdı

DÜNYA

17 Iyul 2026 | 08:52

Knesseti özünü buraxdı

İsrail Knesseti (parlament) cümə günü səhər tezdən növbədənkənar parlament seçkilərindən əvvəl qanunverici orqanın buraxılmasını nəzərdə tutan qanun qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli "Ynet" portalı xəbər verib.

Qəbul edilmiş sənədə əsasən, Knesset 17 iyulda işini başa vuracaq və tətilə çıxacaq.

Qanun ikinci və üçüncü oxunuşlardan keçib. Sənədin lehinə 62 üzv səs verib, əleyhinə çıxan və bitərəf qalan olmayıb.

Xatırladaq ki, İsraildə növbədənkənar parlament seçkiləri 27 oktyabra təyin edilib./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026