• Bakı C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Kobaxidze: Aİ suverenliyin pozulmasını qəbul etmir, amma eyni şeyi özü edir

DÜNYA

12 Dekabr 2025 | 14:36

Kobaxidze: Aİ suverenliyin pozulmasını qəbul etmir, amma eyni şeyi özü edir

Avropa İttifaqı (Aİ) ABŞ-yə Avropanın daxili işlərinə qarışmamağı deyir, lakin Brüssel özü Gürcüstana münasibətdə suverenlik prinsipini pozur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

"Bu gün ABŞ-nin hazırkı administrasiyası Avropadakı prosesləri ötən il bizim etdiyimiz kimi qiymətləndirir. Avropa bürokratiyası bunu bəyənmir. Onlar indi suverenlik prinsipini xatırlayıblar. Anlayıblar ki, başqalarının daxili işlərinə qarışmaq olmaz, baxmayaraq ki, Avropa bürokratiyası Gürcüstana qarşı suverenlik prinsipini gündəlik olaraq pozur. Burada ikili standartlar özünü göstərir. ABŞ administrasiyası Avropa İttifaqında gedən prosesləri dəqiq qiymətləndirir və bizim qiymətləndirməmiz son bir neçə ildə onlarınkı ilə eyni olub", - Kobaxidze qeyd edib.


SON XƏBƏRLƏR