• Bakı 15° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Kobaxidze: COP29-un Bakıda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir

COP29

12 Noyabr 2024 | 16:18

Kobaxidze: COP29-un Bakıda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir

Bakıda keçirilən COP29 iqlim konfransı Cənubi Qafqaz üçün mühüm hadisədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində yazıb.

“Mən Cənubi Qafqaz regionu üçün mühüm mərhələ olan COP29-da iştirak etməkdən şərəf duydum. Biz tərəfdaşlarla birlikdə iqlim dəyişikliyi ilə bağlı problemləri və davamlı gələcək üçün effektiv həll yollarını araşdırdıq. Gürcüstan iqlim böhranı ilə mübarizəyə sadiqdir və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edəcək”, - o bildirib.


SON XƏBƏRLƏR

01 Noyabr 2025