• Bakı 23° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Kobaxidze: Zurabişvilinin layihəsi iflasa uğradı

DÜNYA

30 Iyun 2025 | 13:17

Kobaxidze: Zurabişvilinin layihəsi iflasa uğradı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçmiş prezident Salome Zurabişvilinin radikal müxalifət daxilində liderlik təşəbbüsünü tam iflasa uğramış layihə adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib ki, Zurabişvili ilə radikal müxalifət qüvvələri arasında daxili qarşıdurmanın yaranacağı əvvəlcədən proqnozlaşdırılırdı.

“Bu layihə uğursuzluğa məhkum idi və nəticə də gözlənildiyi kimi oldu. Aralarındakı münaqişə dərinləşəcək,” – deyə Kobaxidze vurğulayıb.

O qeyd edib ki, siyasi fiasko ilə nəticələnmiş bu cəhd Gürcüstanda radikal müxalifətin zəifliyini bir daha nümayiş etdirir.


SON XƏBƏRLƏR