Robert və Levon Köçəryanlardan əlavə, Robertin digər oğlu Sedrak Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Səhmdarları arasında Sedrak Köçəryanın da olduğu "Yerevan Toyota" şirkətinin bu gün bağlandığı bildirilir.
Qeyd edək ki, bu səhər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Robert Köçəryan və oğlu Levon Köçəryanın evinə basqın edərək onları saxlayıb.
***
09:57
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında istintaq orqanlarının əməkdaşları Robert Köçəryanı Antikorrupsiya Komitəsinə aparıblar.
Eyni zamanda, Robert Köçəryanın oğlu Levon Köçəryanın evində axtarış aparıldığı rəsmən təsdiqlənib.
Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya işlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.
Komitə zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini açıqlayıb.
Ermənistan KİV-in məlumatına görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club”da, həmçinin “Toyota” avtomobil salonunda da istintaq məliyyatı həyata keçirirlər.




