Ermənistan Baş Prokurorluği keçmiş Ermənistan prezidenti Robert Köçəryan və 2008-ci il seçkilərindən sonra İrəvanda baş vermiş iğtişaşlarda yüksək vəzifədə olmuş digər keçmiş məmurlardan zərərçəkənlərə ödənilən 670 milyon dram məbləğində təzminatın müsadirə olunması üçün vəsatət verib.
Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.
Bildirilib ki, 2008-ci ilin martında seçki sonrası baş verən toqquşmalarda 10 nəfər, o cümlədən iki polis əməkdaşı həyatını itirib.
Prokurorluq həmçinin Köçəryan administrasiyasında yüksək vəzifədə olan Armen Gevorqyan, hazırkı deputat və keçmiş Baş Qərargah rəisi Seyran Ohanyan və İrəvan qarnizonunun keçmiş rəisi Xatiri Y.-dən də həmin təzminatların geri alınmasını istəyir.
İstintaq hələ də davam edir.
Əli Hüseynov