• Bakı 24° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Kolumbiyaya uçuşlar müvəqqəti dayandırıldı

DÜNYA

20 May 2025 | 10:13

Kolumbiyaya uçuşlar müvəqqəti dayandırıldı

Venesuela "terror təhlükəsi" səbəbilə Kolumbiya ilə bütün aviareysləri müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Daxili işlər naziri Diosdado Kabello bildirib ki, Kolumbiyadan ölkəyə muzdlu döyüşçülərin daxil olması 25 mayda keçiriləcək parlament seçkiləri öncəsi təhlükə yaradır.

O, Kolumbiya və digər ölkələrdən olan 38 nəfərin saxlanıldığını, diplomatik nümayəndəliklər və infrastruktur obyektlərinə qarşı hücum planlarının aşkarlandığını qeyd edib. 

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

07 Iyul 2025