• Bakı 22° C

    5.9 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR

GÜNDƏM

10 Dekabr 2024 | 18:19

Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR

2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib:

"Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər".


SON XƏBƏRLƏR

06 Iyun 2025