• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Komitə rəsmisi: Qazanxanalar hər yerdə tətbiq oluna bilmir

CƏMİYYƏT

04 Iyun 2025 | 12:33

Komitə rəsmisi: Qazanxanalar hər yerdə tətbiq oluna bilmir

İstilik təchizatı ilə əlaqədar bütün hallarda qazanxanaların tətbiqi mümkün olmur.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov deyib.

    Dövlətxan Dövlətxanov bildirib ki, yeni qanunun 14-cü maddəsində şəbəkəyə qoşulma şərtləri göstərilir: “2021-ci ildə yaşayış binaları ilə bağlı normativlər qəbul edilib. Həmin normativdə binaların istilik və isti su ilə təmini üçün qazanxana sistemi qeyd edilib. Eyni zamanda həmin normativ sənəddə müstəsna hallarda binaları mərkəzləşmiş qaydada istilik sisteminə qoşmaq mümkün olmadıqda kombi sisteminin tətbiqinə icazə verilməsi əksini tapır. Bu halların az olacağına ümid edirik. Bu qanun qəbul olunandan sonra bu müstəsna hallar dəqiqləşər. Bugünkü reallıqda bu hallar müəyyən olmadığı üçün qadağan etmək olmur. Bir qayda olaraq istilik təchizatı qazanxanaların tətbiqini nəzərdə tutmalıdır. Lakin bu, bütün hallarda mümkün olmur”.


    SON XƏBƏRLƏR

    05 Iyun 2025