• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Komitə sədri: "Erməni diasporu sülh istəmir"

SİYASƏT

30 Dekabr 2024 | 16:13

Komitə sədri: Erməni diasporu sülh istəmir

"Erməni diasporu sülh istəmir və Ermənistanın maraqlarını nəzərə almır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov danışıb.

O qeyd edib ki, xaricdə Azərbaycana qarşı atılan addımlarda erməni diasporunun böyük rolu var:

“Amma, eyni zamanda, bəzi siyasi dairələr var ki, onlar özləri də məqsədli şəkildə erməni diasporunun işinə dəstək verirlər. Bunu biz Fransada tam aşkar görürük. Təkcə Xurşidbanu Natəvanın heykəlinə qarşı olan sayğısızlıq göstərir ki, bu, sadəcə erməni diasporunun deyil, həm də Fransada Azərbaycana qarşı olan siyasətçilərin yanaşmasıdır”.

Komitə sədri diqqətə çatdırıb ki, Ermənistanda diaspor işləri üzrə baş müvəkkillik institutu mövcuddur, amma erməni diasporu həmin qurumu boykot edir:

“Əksər ölkələrdə imkan vermirlər ki, o qurumun nümayəndələri həmin ölkələrə səfər etsinlər. Bizdə isə vəziyyət tamamilə fərqlidir. Təkcə 2024-cü ildə xarici ölkələrə səfərlər zamanı komitə rəhbərliyi və əməkdaşları xaricdə yaşayan azərbaycanlılarla 300-dən, rəsmi şəxslərlə 200-dən çox görüş keçiriblər. Soydaşlarımızla keçirilən toplantılarda ümumilikdə 5 mindən çox azərbaycanlı iştirak edib”.

F.Muradovun sözlərinə görə, erməni diasporunun belə yanaşması onu nümayiş etdirir ki, onlar sülh istəmirlər və Ermənistan maraqlarını nəzərə almırlar:

“Öz maraqlarından çıxış edirlər. Ona görə də əksər diaspor rəhbərlərinin Ermənistana girişi qadağan olunub. Erməni diaspor təşkilatlarının fəaliyyətinin kökündə dağıdıcılıq durur və bu təşkilatlar, əsasən, korrupsiya üzərində qurulub”.
 


SON XƏBƏRLƏR

01 Yanvar 2025