ABŞ Konqresinin Nümayəndələr Palatasının əməkdaşı Maykl Hopkins qanunvericilik orqanının binasına döyüş sursatı keçirməyə cəhd etdiyinə görə polis tərəfindən saxlanılıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
"Zabitlər Hopkinsin çantasını yoxlayarkən 4 daraq və 11 patron aşkar ediblər. Əməkdaş polislərə çantasında sursatın olduğunu unutduğunu bildirib", - polisin bəyanatında qeyd edilib.
Nəşr qeyd edir ki, Hopkins Demokrat Partiyasının strategiyasının hazırlanmasında iştirak edir və konqresmen Cozef Morellin (Nyu-Yorkdan demokrat) kommunikasiya direktoru vəzifəsində çalışıb. Qanunvericinin nümayəndəsinin sözlərinə görə, Kapitolidəki hadisədən sonra Hopkins işdən çıxarılıb. Polis ona qanunsuz sursat saxlamaqla bağlı ittiham irəli sürüb.