• Bakı 16° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Konstitusiya dəyişməsə, Ermənistan özünü uçuruma yuvarlayacaq

SİYASƏT

02 Oktyabr 2025 | 14:47

Konstitusiya dəyişməsə, Ermənistan özünü uçuruma yuvarlayacaq

"Ermənistanda vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkə seçkiyə gedir, daxildən və xaricdən ölkəni qarışdırmağa çalışırlar".

Bunu deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, bu mənada bugünlərdə Nikol Paşinyan öz açıqlamalarında bəzi məsələləri nəzərə alır:

"Paşinyan öz çıxışlarında Ermənistandakı daxili ictimai rəyi də düşünür. Müxalifət hələ də Paşinyanı "satqınçılıqda" ittiham edir. O baxımdan Paşinyan zaman-zaman bu cür açıqlamaların şahidi ola bilərik”.

Müsahibimiz qeyd edib ki, ABŞ-də imzalanan sənədlər, anlaşmalar bizdə nə qədər xoş qarşılandısa, Ermənistana birmənalı qarşılanmadı. Onun sözlərinə görə, Ermənistanda 8 avqust görüşləri və anlaşmaları ilə bağlı ciddi müzakirələr getdi, bu gün də getməkdədir. Digər yandan, region dövlətlərinin hamısının Zəngəzur dəhlizinin açılması ilə bağlı fərqli yanaşmaları var. Rusiya və İrandan Ermənistana ciddi təzyiqlər edilir. Rusiya birmənalı şəkildə dəhlizin ABŞ-nin iştirakı ilə açılmasının qəti əleyhinədir. İran da fərqli yanaşma ortaya qoyur".

Ceyhun Məmmədov: Ermənistanı indiki ağır durumdan Azərbaycan və Türkiyə xilas edə bilər

Parlament üzvü qeyd edib ki, Avropa dövlətlərinin Azərbaycanın apardığı siyasəti yanaşması heç də birmənalı deyil:

"Fransa prosesdən tamam uzaqlaşdırılsa da, Paris hələ də köhnə ampluasındadır. Paşinyanın Strasburqda fərqli bəyanatlar səsləndirməsi bununla bağlıdır. Amma Ermənstan hökuməti heç zaman Konstitusiya dəyişikliyindən imtina edə bilməz. Bunu edərsə, Ermənistan özünü növbəti dəfə uçuruma yuvarlayacaq. İrəvan Bakı ilə yekun sülkə imza atmaq və Türkiyə ilə münasibətlərini normallaşdırmaq, sərhədləri açmaq istəyirsə, mütləq şəkildə Konstitusiyadakı ərazi iddialarına son verməlidir”.

“Ermənistanı indiki ağır durumdan xilas edəcək ölkə Azərbaycan və Türkiyədir. Yenə deyirəm, Paşinyan seçki öncəsi öz havadarlarına hansısa mesajlar verməklə məşğuldur", - deyə Ceyhun Məmmədov vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

01 Oktyabr 2025