• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov KİMDİR? - DOSYE

CƏMİYYƏT

23 Fevral 2024 | 20:17

Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Fikrət Məmmədov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Bakıvaxtı.az Fikrət Məmmədovun dosyesini təqdim edir.

Fikrət Fərrux oğlu Məmmədov 1 iyul 1955-ci ildə Bakıda anadan olub.

I dərəcəli dövlət ədliyyə müşaviridir.

Fikrət Məmmədov 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Daha sonra formalaşmış hökumətlərdə F.Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunub.

I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Evlidir, 4 övladı var.

Konstitusiya Məhkəməsinin hakimi təyin olunanadək Azərbaycan Respublikasınnı ədliyyə naziri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2024