• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Azərbaycanda yeni medal təsis edilir - FOTO

SİYASƏT

10 Oktyabr 2025 | 12:02

Azərbaycanda yeni medal təsis edilir - FOTO

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

Xarici və daxili konturların arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI” sözləri, aşağı qövs boyunca sol tərəfdə “1995”, sağ tərəfdə “2025” rəqəmləri və rəqəmlərin arasında mərkəzdə səkkizguşəli ulduz, habelə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

Daxili çevrənin içərisində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, ondan aşağıda “30” rəqəmləri və “il” sözü və Azərbaycan Respublikasının Dövlət Bayrağını təsvir edən simvollar həkk edilmişdir.

Bütün yazılar, rəqəmlər və simvollar qızılı rəngdədir, qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR