• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Kosmosda Rusiya təhlükəsi: ABŞ cavab planı hazırlayır

DÜNYA

18 Fevral 2024 | 21:22 | Müəllif: Subhan Mahmudov

Kosmosda Rusiya təhlükəsi: ABŞ cavab planı hazırlayır

ABŞ Rusiyanın kosmosda peyk əleyhinə silahlar hazırladığı ilə bağlı iddiaya cavab olaraq plan hazırlamağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının xüsusi kəşfiyyat komitəsinin sədri Mayk Törner deyib.

“Biz milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşdük və o, ölkəmizə olan təhdidə cavab olacaq bir plan hazırladıqlarını dilə gətirdi”, - Törner bildirib.

Eyni zamanda, Mayk Törner təhlükənin çox ciddi olduğunu qeyd edib, lakin bunun nüvə silahı ilə əlaqədar olması ilə bağlı mediada yayılan məlumatları təsdiq və ya təkzib etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026