• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Kovid insanların beynini pozub

CƏMİYYƏT

25 Oktyabr 2022 | 07:13 | Müəllif: Qalib İbrahimoğlu

Kovid insanların beynini pozub

Kovid keçirən insanlarda beynin koqnitiv funksiyaları və tezliyi pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, Kanada Universitetinin neyrobioloqları kovid keçirənlərdə qısa və uzunmüddətli beyin pozulmalarını araşdırıb.

Onlar 478 böyük yaşlı insanın sağaldıqdan 3 ay sonra nevroloji simptomlarını qeyd ediblər. Onlar veb platdormada hər ay özlərində baş verən dəyişiklikləri qeyd ediblər.

Xəstələr arasında kovidi yüngül və ağır keçirənlər var idi.

Məlum olub ki, infeksiyanın ağırlığından asılı olaraq, koqnitiv pozulmaların dərəcəsi dəyişir.

Pasiyentlərin alınan informasiyanı mənimsəmə sürəti, verbal intelekti, düşünmə, yaddaş və əhval-ruhiyyəsi pisləşib.

Beynin zərər görməsi hətta kovidi çox yüngül keçirənlərdə də müşahidə olunub.

Professor Adriana Ouenin sözlərinə görə, koqnitiv pozulmalar sağlam insanlarda yuxu probleminə də gətirib çıxarır./medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026