“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Milli Aviasiya Akademiyasında yeni kadr təyinatı həyata keçirilib.
Bakıvaxtı.az nocomment.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə iqtisad üzrə fəlsəfə doktoru Kövsər Dadaşova Milli Aviasiya Akademiyasının Elmi-informasiya və patent şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Kövsər Dadaşova bu təyinata qədər həmin şöbədə Layihə İdarəetmə Qrupunun rəhbəri vəzifəsində çalışıb.
Bundan əlavə, o, 2024-cü ilin oktyabr ayından Milli Aviasiya Akademiyasında Layihələrin İdarə Edilməsi ixtisası üzrə baş müəllim kimi fəaliyyət göstərir.
Daha əvvəl fakültənin Tədris-Metodiki Şurasının elmi katibi və menecment müəllimi vəzifələrində çalışıb.
Dadaşovanın Milli Aviasiya Akademiyasında ümumilikdə 11 ilə yaxın iş təcrübəsi var.




