• Bakı 19° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Krasnodarda Priqojinə heykəl qoyulacaq?

DÜNYA

11 Mart 2024 | 09:47

Krasnodarda Priqojinə heykəl qoyulacaq?

Rusiyanın Krasnodar diyarında “Vaqner” özəl hərbi şirkətinin keçmiş təsisçisi Yevgeni Priqojin və silahlı birləşmənin komandiri Dmitri Utkinə heykəl qoyula bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Vaqner” şirkəti ilə əlaqəli “Grey Zone” və “Оркестр Вагнера” teleqram kanalları yayıb. 

Məlumatda Vaqner və Utkinin heykəlinin Qoryaçiy Klyuç şəhərində qoyulacağı iddia olunub. 

Krasnodar administrasiyası isə sözügedən məsələ ilə bağlı məlumata sahib olmadığını açıqlayıb. 

Xatırladaq ki, Y.Priqojinin içərisində olduğu təyyarə ötən il avqustun 23-ü Tver vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Priqojinlə yanaşı D. Utkin və daha 8 nəfər olub. Onların hamısı qəza zamanı dünyasını dəyişib.


Krasnodarda Priqojinə heykəl qoyulacaq?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026