"Dünyanın mərkəzi bankları inflyasiya ilə uçot dərəcələrinin artırılması vasitəsilə mübarizə apardığı bir zamanda Azərbaycanın Mərkəzi Bankı (AMB) çıxış yolunu bankların izafi likvidliyini aradan qaldırmaqda görüb".
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
O qeyd edib ki, AMB-nin 06 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na dəyişiklik edilib: "Bu dəyişiklik nəticəsində banklar əvvəlki dövrdən fərqli olaraq cəlb etdikləri vəsaitlərin daha çox hissəsini kredit qoyuluşuna yönəltmək əvəzində AMB-nin hesabında passiv şəkildə saxlamalı olacaqlar. Bu isə kredit resurslarının maya dəyərini artıracaq.
AMB-nin qiymətləndirmələrinə görə, bu artım bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir. Nəzərə alsaq ki, bankların öhdəliklərinin 80.4%-ni depozit portfeli təşkil edir, bu halda artırıcı təsirin daha yüksək olduğu qənaətinə gəlmək olar".
Ramid İbrahimov
















