• Bakı 21° C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Kremldən cavab GECİKMƏDİ: "Ərdoğanın Krımla bağlı fikri..."

DÜNYA

13 Sentyabr 2024 | 14:29

Kremldən cavab GECİKMƏDİ: Ərdoğanın Krımla bağlı fikri...

Krımın statusu məsələsi Moskva ilə Ankara arasında fikir ayrılıqları qalır, lakin Rusiya türkiyəli dostlarını öz mövqeyinin düzgünlüyünə inandırmaq üçün əlindən gələni edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya məxsus olması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

    “Bu mövzu türkiyəli dostlarımızla aramızda mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir. Biz öz nöqteyi-nəzərimizi türkiyəli dostlarımıza və həmkarlarımıza izah etməyə davam etmək cəhdlərimizdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, bizim arqumentlərimizlə razılaşmağa imkan verəcək. Biz Türkiyə ilə münasibətlərimizi, tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

    Qeyd edək ki, Ərdoğan sentyabrın 11-də Ukraynanın “Krım platforması” adlı təbliğat tədbirində videomüraciətlə çıxış edib. O, Ukraynanın Krım üzərində nəzarətini beynəlxalq hüququn tələbi adlandırıb. /Apa


    SON XƏBƏRLƏR

    17 Sentyabr 2024